Ermənistan və Rusiya XİN rəhbərlərinin telefon danışığı oldubackend

Ermənistan və Rusiya XİN rəhbərlərinin telefon danışığı oldu

Dekabrın 8-də ER xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, nazirlər Qarabağ münaqişəsi ilə bağlı məsələləri geniş spektrdə müzakirə ediblər.

Nazirlər Dağlıq Qarabağ  və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və uzunmüddətli həlli üçün sülh prosesinin bərpasının vacibliyini qeyd ediblər.

Həmsöhbətlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda tərəflərin üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi prosesini müzakirə ediblər.

Nazir Mirzoyan həmişəki kimi Azərbaycandan şikayət etməyi də unutmayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*