Ermənistan vətəndaşı Potidə gürcüstanlını bıçaqladı: 7 il həbs cəzası alacaqbackend

Ermənistan vətəndaşı Potidə gürcüstanlını bıçaqladı: 7 il həbs cəzası alacaq

Gürcüstanın Poti şəhərində 1989-cu il təvəllüdlü Ermənistan vətəndaşı saxlanılıb.

KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, o Gürcüstan vətəndaşını bıçaqlamaqda şübhəli bilinir.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, şifahi mübahisə zamanı Ermənistan vətandaşı 1976-cı il təvəllüdlü Gürcüstan vətəndaşını bıçaqla yaralayıb və hadisə yerindən qaçıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi üzrə iş açılıb. Bu maddə üzrə həmin şəxsi 7 ilədək həbs cəzası gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*