Ermənistan vətəndaşları kütləvi şəkildə ölkəni tərk edirlər – SON RƏQƏMLƏRbackend

Ermənistan vətəndaşları kütləvi şəkildə ölkəni tərk edirlər - SON RƏQƏMLƏR

“2021-ci ilin ilk 6 ayında 22 minə yaxın vətəndaş Rusiya vətəndaşlığını qəbul edib. İndeks son 4 ilin eyni dövrü ilə müqayisədə rekord göstəricidir”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının İctimai Qəbulunun açıqlamasında deyilir.

Məlumatda daha sonra qeyd edilir ki, 2021-ci ilin İlk 6 ayında Rusiyada 300 minə yaxın vətəndaş hüquqi status almaq prosesinə başlayıb. Ötən ilin eyni dövründə isə bu rəqəm 200 mindən az idi.

Daha sonra vurğulanır ki, ötən il 63 min 713 vətəndaş Ermənistanı tərk edib və birinci rübdə geri qayıtmayıb. Eyni göstərici 2020-ci ildə 11 min, 2019-cu ildə 3000, 2018-ci ildə 5200 olub.

2021-ci ilin yanvar-sentyabr aylarında ölkəni tərk edən ölkə vətəndaşlarının sayı gələnlərdən 103 min nəfər çox olub.

Mühacirətin sürətinin artması əhalinin qaçılmaz azalmasına səbəb olacaq.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*