backend

Ermənistan vətəndaşlarının 56 faizi Paşinyanın fəaliyyətini yarıtmaz hesab edir - SORĞU

“Xalqın Səsi” ekspert klubu Ermənistan vətəndaşları arasında Qarabağdakı 44 günlük müharibə zamanı hakimiyyətin hərəkətləri və Baş nazir Nikol Paşinyanın istefa edib-etməyəcəyi ilə bağlı sorğu keçirib.

KONKRET.az xəbər verir ki,bu barədə “Qlas Narod” ictimai klubunun mütəxəssisi Arman Qukasyan məlumat verib. O deyib ki: “Müharibənin Ermənistan və “Artsax” üçün mənfi nəticəsinin səbəbi nədir?” sualına respondentlərin 20,2 faizi ölkəmizin siyasi elitasının çatışmazlıqları və strateji səhvləri içərisində olması, 4 faizi Ermənistan və “Artsax”ın hərbi potensialının çatışmazlığı”, 19,2 faizi  Türkiyənin hərbi dəstəyinin əsas amil olduğunu deyib. Ümumilkdə isə sorğu iştirakçılarının 56,6 faizi Ermənistan hakimiyyətinin müharibə dövründəki fəaliyyətini mənfi qiymətləndirir”.

Mütəxəssis əlavə edib ki, respondentlərin ABŞ və Avropa Birliyinin Qarabağ münaqişəsinin həllindəki rolunu necə qiymətləndirdiyini soruşduqda, sorğu iştirakçılarının yalnız 7.1 faizi müsbət cavab verib. Əksəriyyəti, yəni 60.6 faizi mənfi qiymətləndirib. Respondentlərin yalnız 32.3 faizi neytral mövqe seçib. Respondentlərin mütləq əksəriyyəti, yəni 82,8 faizi Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı missiyasını müsbət qiymətləndirib. Sorğu iştirakçılarının 14,1 faizi bitərəf mövqe nümayiş etdirib və yalnız respondentlərin 3 faizi isə mənfi cavab verib”.

Nikol Paşinyanın istefası ilə bağlı suala gəlincə, respondentlərin əksəriyyəti Baş nazirin getməli olduğuna inanır. Qukasyan deyib ki: “Bu sualın cavabları belə bölünüb: Respondentlərin 35 faizi “bəli, dərhal” cavabını seçib, 19 faizi isə getməli olduğuna inanır, ancaq müharibədən sonra ölkənin qarşısında duran problemləri həll etdikdən sonra”, respondentlərin 46 faizi “vəzifələrini yerinə yetirməyə davam etməlidir” deyib

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*