Ermənistanda aksiyaçılar metronun işini İFLİC ETDİbackend

Ermənistanda aksiyaçılar metronun işini İFLİC ETDİ

Ermənistanda “Qurtuluş” hərəkatının fəalları səhər saatlarında İrəvanın “Dəmirçiyan” stansiyasında aksiya keçiriblər.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Aksiya iştirakçılarının sözlərinə görə, onların iştirakı apolitik xarakter daşıyıb.

Aksiyaçılar metro vaqonlarının qapılarını saxlayaraq, onun hərəkətinə mane olub və metronun fəaliyyətini iflic ediblər. Əsas tələb isə Azərbaycanla masada olan sənədlərin ictimaiyyətə açıqlanmasıdır.

Polis qısa müddətdə azsaylı aksiya iştirakçılarını kənarlaşdıra bilib, onlardan iki nəfər saxlanılıb.

İrəvan polisi metronun 10 dəqiqə fasilədən sonra işini tam bərpa etdiyini açıqlayıb.

Qeyd edək ki, azsaylı ictimai fəalların 22 noyabrdan başladığı küçə aksiyalarına rusiyayönlü qüvvələr, xüsusilə parlament müxalifəti dəstək vermir. Bəzi müşahidəçilər bunu Rusiyanın mövqeyi ilə izah edirlər. Onların fikrincə, kommunikasiyaların açılması Moskvanın maraqlarına uyğundur və bu aksiyalar qoşulmaqla rusiyayönlülər Kremlə zidd getmək istəmirlər./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*