Ermənistanda axtarışda olan Ruben Ayrapetyan Moskvada otel biznesinə başladıbackend

Ermənistanda axtarışda olan Ruben Ayrapetyan Moskvada otel biznesinə başladı

Ermənistan Futbol Federasiyasının keçmiş rəhbəri, Ermənistan Respublikası Milli Assambleyasının keçmiş deputatı, ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan biznesmen Ruben Ayrapetyan Moskvada şirkət yaradıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Etk” nəşri yazır.

“RRR” MMC bir ay əvvəl, yanvarın 10-da dövlət qeydiyyatına alınıb. Baş direktor – Ruben Rafikoviç Ayrapetyandır. MMC-nin əsas fəaliyyəti mehmanxana biznesidir. Digər sahələr arasında yaşayış binalarının tikintisi, bəzi ixtisaslaşdırılmış tikinti fəaliyyəti növləri, urizm agentliklərinin fəaliyyəti və s.-dir. Bütün bunlara əsasən belə qənaətə gəlmək olar ki, Ruben Ayrapetyan Moskvada otel biznesinə başlayır”, – deyə nəşr qeyd edib.

Bildirilir ki, Ayrapetyanın şirkəti Rusiya paytaxtının Ramenki rayonunda, Mosfilmovskaya 70 ünvanındakı yeni binalardan birində qeydiyyatdan keçib.

“Mosfilmovskaya 70 2005-ci ildə istifadəyə verilmiş 7 binadan ibarət yaşayış kompleksidir. Kompleks “Sərçə təpələri” adlanır. Ola bilsin ki, Ayrapetyan bu kompleksdə yaşayır və öz mənzilində yeni şirkət qeydiyyatdan keçirib. Üstəlik, Ayrapetyanın Ermənistanda eyniadlı şirkəti var. Söhbət “Bzhni” və “Noy” brendləri ilə daha çox tanınan “RRR” Mineral Su Zavodu QSC-dən gedir”, – deyə nəşr yazıb.

Xatırladaq ki, Ruben Ayrapetyan Ermənistanda axtarışa verilib. Onun barəsində iki cinayət işi başlanıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*