Ermənistan futbol millisinin uğursuz çıxışına etirazlar davam edir.
KONKRET.az erməni mediasına istinadən bildirir ki, erməni azarkeşlər bu gün yenidən Futbol Federasiyasının prezidenti Armen Melikbekyanın istefasını tələb ediblər.
Ararat – Pyunik matçının gedişində stadiondakı azarkeşlər meydana axışaraq əllərində plakatlar mitinq keçiriblər.
Günel Mikayılova,
KONKRET.az