backend

Ermənistanda bir əsgəri öldürən və ikisini yaralayan hərbçi həbs edildi

Ermənistanda hərbi hissədə əsgər yoldaşlarına atəş açaraq birini öldürən, ikisini isə yaralayan hərbçi tutulub.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsindən bildirilib.

Həmin hərbçiyə qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və hərbi hissədə qəsdən azad öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, ötən gün Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində əsgərin öz yoldaşlarına atəş açması nəticəsində bir hərbçi ölüb, 2-si yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*