Ermənistanda daha bir korrupsiya qalmaqalı: CİNAYƏT İŞİ AÇILDIbackend

Ermənistanda daha bir korrupsiya qalmaqalı: CİNAYƏT İŞİ AÇILDI

Ermənistanda daha bir qalmaqal yaranıb. Belə ki, 2019-cu ildən kimsəsiz uşaq evlərinin məzunlarına dövlət tərəfindən ev verilməsində ciddi korrupsiya faktları ortaya çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə deputat Zaruhi Batayan özünün facebok səhifəsində bildirib.

Onun sözlərinə görə, hökumət hesabına uşaq evlərinin məzunları mənzil alqı-satqı şəhadətnaməsi ilə təmin olunması idi. Bunun millət vəkili müəyyən proqramın təşəbbüskarı da olub: “Təəssüflər olsun ki, dövlət tərəfindən nəzərdə tutulan bu proqramdan sui-istifadə halları çoxluq təşkil edib. Faktla bağlı Baş prokurorluqda cinayət işi açılıb.

Ümid edirəm ki, bütün hallar araşdırılacaq, üzə çıxacaq və günahkarlar cəzalarını alacaqlar. Sosial proqramlardan sui-istifadə edənlər də ictimai qınağa məruz qalmalıdır.

Mən isə qanunauyğun olaraq istintaqa dəstək olmaq üçün əlimdən gələni edəcəyəm”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*