Ermənistanda əlinə silah alacaq adamı qalmadı – 600 polis orduya getməkdən imtina etdibackend

Ermənistanda əlinə silah alacaq adamı qalmadı - 600 polis orduya getməkdən imtina etdi

Ermənistanda silahlı qüvvələr üçün kadr təminatı və yeni işə düzəlmə ilə bağlı ciddi bir böhran yaşanır.

KONKRET.az diplomatik mənbələrə istinadən xəbər verir ki, məhdud insan resursları yeni qoşun kontingentinin yaranmasına imkan vermir. Diplomatik mənbələrə görə, bu gün 4 oktyabrda  Ermənistan hökumətinin qərarı ilə respublika polisinin təxminən 600 əməkdaşı təcili hərbi xidmətə çağrılıb.

Ancaq polis silahlı qüvvələrə qoşulmaqdan imtina edib. Prokurorluq cinayət işi açıb.

HAŞİYƏ: Azərbaycan Ordusunun zəfərli yürüşü ilkin olaraq torpaqlarımızın azad edilməsi və Azərbaycandakı inanılmaz dərəcədə vətənpərvərlik hissinin artmasına, Ermənistanda isə Nikol Paşinyan hökumətinə vətəndaş inamsızlığına və dərin sosial böhrana səbəb oldu.

Bu baxımdan Ermənistan hökumətinin vətənpərvər ritorikası əsassızdır, çünki Qarabağ və hakimiyyətdə olanların xarici siyasətindən məyus olan erməni ictimaiyyəti indiki Qarabağ savaşının onlar üçün uğurlu olacağına inanmır. Öldürülən minlərlə erməni əsgərinin cəsədi və erməni gənclərinin və qızlarının doğranmış həyatları Ermənistan ordusunun peşəkarlığına ciddi inamsızlığa səbəb oldu.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*