Ermənistanda əmr: Ağrı dağı bütün loqolardan çıxarılsınbackend

Ermənistanda əmr: Ağrı dağı bütün loqolardan çıxarılsın

Ermənistanda Ağrı dağının görüntüsünü hər yerdən silmək üçün müxtəlif dövlət qurumlarına təlimatlar göndərilib.

KONKRET.az publika.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Bildirilir ki, Ağrı dağının görüntüsünün bütün təşkilatların loqosundan silinməsi tələb edilib. Ona görə də təşkilatlar yeni loqo hazırlamalı olacaqlar.

Ağrı dağının görüntüsü Ermənistan Milli Politexnik Universitetinin rəsmi loqosundan da çıxarılacaq. Bunun üçün universitetə iyunun 5-nə qədər vaxt verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*