“Ermənistanda hərbi formaların və güllərin qiyməti kəskin şəkildə bahalaşıb” – SƏBƏBbackend

"Ermənistanda hərbi formaların və güllərin qiyməti kəskin şəkildə bahalaşıb" - SƏBƏB

Son vaxtlar iqtisadi çöküş yaşayan Ermənistanda qiymətlər sürətlə qalxır. Ermənistan çörəyin qiymətini inzibati yolla saxlasa da, digər məhsulların qiyməti sürətlə artır.

KONKRET.az xəbər verir ki, bununla bağlı “Sputnik Armenia”da geniş məqalə dərc olunub. Məqalədə deyilir ki, hazırda bazar və dükanlarda hərbi geyimlər ən azı 2 dəfə bahalaşıb. Məsələn, əvvəllər 10-15 min drama olan əsgər çəkmələri hazırda 20-25 min drama satılır. Bununla yanaşı, digər məhsulların da qiyməti kəskin artıb. Maraqlıdır ki, son günlər ən çox bahalaşan məhsullardan biri də gül və çiçəklərdir.

Bayram ərəfəsi olmadığı üçün qiymət artımının tək səbəbi Ermənistana gələn əsgər meyitlərinin çoxluğudur. Bildiyiniz kimi, ermənilər dəfndə çələnglərdən çox istifadə edirlər. Bu da işbazların hərəkətə keçməsinə imkan verib. Artan qiymət artımı ilə bağlı Ermənistan İqtisadi Rəqabəti Qoruma üzrə Dövlət Komitəsinin sədri Geram Gevorkyan vəziyyətin çətin olduğunu etiraf edib. Bildirib ki, “Ticarətçilərdən qiymətləri qaldırmamaq və kəsir yaratmamalarını xahiş etdik. İnanıram ki, xahişimiz eşidiləcək”.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*