Ermənistanda hərbi komissar DÖYÜLDÜ – Təcili əməliyyat olunurbackend

Ermənistanda hərbi komissar DÖYÜLDÜ - Təcili əməliyyat olunur

Ermənistanda MN-nin yüksək rütbəli zabiti döyülüb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyinin Tavuş 2 saylı ərazi bölməsinin rəisi döyülərək xəsarət alıb.

Polis yaralının 47 yaşlı Tavuş vilayətinin sakini Lernik Ohanyan olduğunu müəyyən edib.

Müəyyən olunub ki, həmin gün saat 18:00 radələrində qaz doldurma məntəqələrindən birində Ohanyanla Tavuş vilayətinin 43 yaşlı sakini Qor Atoyan, 33 yaşlı Vardan Yesayan arasında dava düşüb. Mübahisə zamanı onlar Oqanyanı döyüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məlumata görə, xəstəxanaya çatdırılan Ohanyan Ermənistan Müdafiə Nazirliyinin (hərbi komissar) Tavuş 2-ci ərazi diviziyasının rəisidir.

O, “Qapalı kəllə-beyin travması, sol çənə nahiyəsinin hematoması, sağ qaş nahiyəsinin yumşaq toxumasının zədələnməsi, döş qəfəsinin və onurğa sütununun qapalı zədəsi ilə hematoma” diaqnozu qoyularaq təcili əməliyyata alınıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*