Ermənistan Səhiyyə Nazirliyi peyvənd olunmamış COVID-19 xəstələrinin müalicəsini pullu etməyi planlaşdırır.
KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Ripsime Xaçataryan bildirib. O qeyd edib ki, hazırda bu məsələ müzakirə olunur və yekun qərar qəbul edilməyib.
Müalicənin orta qiyməti 800 min dram (1600 dollar) qiymətləndirilir.