Ermənistanda ordu böhranı: Qadın zabitlər döyüş mövqelərinə göndərilirbackend

Ermənistanda ordu böhranı: Qadın zabitlər döyüş mövqelərinə göndərilir

Ermənistan silahlı qüvvələrində intizam və təhlükəsizlik sahəsində böhran həddi aşılıb. Erməni KİV-lərinin yaydığı məlumata görə, orduda qeyri-döyüş itkilərinin kəskin artması səbəbindən hərbi rəhbərlik sərt addımlar atmağa məcbur qalıb.

KONKRET.az xəbər verir ki, erməni mətbuatı bu barədə ölkənin müdafiə naziri Suren Papikyanın açıqlamalarına istinadən məlumat yayıb. Bildirilir ki, Ermənistan Silahlı Qüvvələrində hökm sürən qeyri-nizamnamə münasibətləri və məişət münaqişələri zəminində baş verən qanlı insidentlər nəticəsində hərbçilər kütləvi şəkildə həlak olurlar.

Əsgərlərin ya bir-birini intihar həddinə çatdırdığı, ya da qanlı davalar nəticəsində qətlə yetirildiyi vurğulanır. Mövcud vəziyyətə görə komandir heyətinin vəziyyətə nəzarət edə bilmədiyi qeyd olunur. Yaranmış acınacaqlı durumun qarşısını almaq üçün isə rəhbərlik tərəfindən sərhədə və ön xəttə yüksəg vəzifəli zabitlərin, o cümlədən qadın cinsindən olan hərbçilərin göndərilməsi qərara alınıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*