backend

Ermənistanda təyyarə qəzası baş verib

“Pobeda” Hava Yollarına məxsus təyyarə Ermənistanın şimalındakı Gümrü şəhərindəki “Şirak” Hava Limanına sərt eniş edib.

Konkret.az Ermənistan mediasına xəbər verir ki, Bu barədə ölkənin Mülki Aviasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb. Eniş zamanı təyyarənin quyruq hissəsinə ciddi ziyan dəyib. Qeyd edək ki, təyyarədə 173 sərnişin olub. Xəsarət alan yoxdur.

“Hadisənin səbəblərini aydınlaşdırmaq üçün komissiya yaradılacaq. Növbəti uçuş “Pobeda” aviaşirkətinin ehtiyat təyyarəsi ilə həyata keçiriləcək”, – deyə idarədən bildirilib.

 

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*