Ermənistanda ABŞ tərəfi ilə birgə həyata keçirilən TRIPP layihəsinin icra vəziyyəti ilə bağlı yeni məlumatlar açıqlanıb. Layihənin həyata keçirilməsi prosesində hazırda müxtəlif tədqiqatlar, hesablamalar və axtarış işləri aparılır.
KONKRET.az xəbər verir ki, bu barədə erməni KİV-ləri Ermənistanın baş nazir müavini Mher Qriqoryanın ofisinə istinadən məlumat yayıb. Bildirilib ki, aparılan araşdırmalar və qiymətləndirmələr xüsusilə dəmir yolu tərkib hissəsini də əhatə edir.
Məlumata görə, marşrutun dəqiq parametrləri, layihənin ümumi dəyəri və dəmir yolu infrastrukturunun texniki xüsusiyyətləri məhz bu tədqiqat işləri başa çatdıqdan sonra müəyyən olunacaq.
Natiq Səlim,
KONKRET.az
