Ermənistandan Azərbaycana qarşı növbəti riyakarlıq: İrəvan Bakıya etiraz etməyə hazırlaşırbackend

Ermənistandan Azərbaycana qarşı növbəti riyakarlıq: İrəvan Bakıya etiraz etməyə hazırlaşır

Ermənistan Təbiəti Mühafizə üzrə Bern Konvensiyasına əsasən Azərbaycana qarşı etiraz etməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib.

O bildirib ki, Ermənistan bu istintaqda öz mövqeyini qətiyyətlə müdafiə edəcək.

“Ermənistan Azərbaycanın ətraf mühitə vurulan ziyana görə kompensasiya və digər tələblərini təkzib edəcək. Ermənistan Bern Konvensiyasının üzvü olan dövlət kimi regionun canlı təbiətini və ətraf mühitini qorumağa sadiqdir. Bu, həm Ermənistanın ekoloji siyasətində, həm də Bern Konvensiyasının daimi komitəsinin işində özünü göstərir”, – Kirakosyan vurğulayıb.

Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistanı işğal etdiyi ərazilərimizin təbiətini məhv etməkdə və yaşayış yerlərini dağıtmaqda günahlandırır. Buna görə də, “Avropanın vəhşi təbiətin və yaşayış yerlərinin mühafizəsi haqqında 1979-cu il Bern Konvensiyasına” əsasən Ermənistanı beynəlxalq arbitraj məhkəməsinə verib.

Azərbaycan bir neçə il əvvəl ilkin iddia ilə məhkəməyə müraciət edib. Bundan sonra məhkəmə əsas sənədləri hazırlamaq üçün Bakıya vaxt verib və indi həmin sənədlər təqdim olunur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*