Ermənistandan Bakıya gələn təyyarədə kimlər varmış? – DETALLAR MƏLLUM OLDUbackend

Ermənistandan Bakıya gələn təyyarədə kimlər varmış? - DETALLAR MƏLLUM OLDU

İrəvandan Bakıya gələn təyyarə ilə bağlı detallar məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın mətbuatı məlumat yayıb.

Məlumata görə, dekabrın 8-də İrəvandan Bakıya uçan təyyarədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun başçılıq etdiyi nümayəndə heyəti olub.

Ermənistanın Xarici İşlər Nazirliyi bildirib ki, İtaliyadan olan diplomatlar İrəvanda görüşlər keçirdikdən sonra Bakıya yollanıb.

Məlumatda o da qeyd olunub ki, İrəvandan gələn təyyarənin Bakıya enməsinə əvvəlcədən Azərbaycan tərəfinin razılığı olub.

  • Zamina Elturan
    Dekabr 10, 2020 - 11:18

    Niyə əvvəl rəsmi İrəvanla görüşürlər?Niyə əvvəl Azərbaycanın fikrini öyrənmirlər?Əvvəlcə düşmən tərəfin fikri öyrənmək nə demək??

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*