Ermənistanı Rusiya ilə birləşdirən YOL BAĞLANDIbackend

Ermənistanı Rusiya ilə birləşdirən YOL BAĞLANDI

Yuxarı Lars keçid məntəqəsinə (Gürcüstan-Rusiya sərhədi) gedən yol Gürcüstan tərəfdən yük maşınları üçün bağlıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin avtomobil yolları departamenti məlumat yayıb.

Məlumata görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar və aşağı temperatur səbəbindən ağır yük maşınlarının hərəkəti dayandırılıb. Digər nəqliyyat növlərinin hərəkətinə icazə verilir. Qeyd edək ki, Hərbi Gürcüstan yolu Rusiyanı Ermənistanla bağlayan yeganə yoldur./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*