Ermənistanın dövlət borcu xeyli artdıbackend

Ermənistanın dövlət borcu xeyli artdı

Ermənistanın dövlət borcu 2012-2018-ci illər ərzində 342% artıb.

KONKRET.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Auditorlar Palatasının Metodologiya, təhlil, beynəlxalq münasibətlər departamentinin direktoru Karen Ərüstəmyan parlamentin Maliyyə-kredit və büdcə komissiyasının iclasında bildirib.

Mövcud qanunlarda nəzərdə tutulsa da, Mərkəzi Bank ilə Maliyyə Nazirliyi arasında agent müqaviləsinin hələ də açıq mətbuatda dərc olunmadığını qeyd edən palata nümayəndəsi Mərkəzi Bank tərəfindən də dövlət borcunun uzunmüddətli idarəçiliyinə dair strateji proqramın ortaya qoyulmadığını dilə gətirib.

Bununla yanaşı, uzun müddətdir ümumi dövlət borcunda 20 faizlik payını qoruyub saxlayan daxili dövlət borcunun idarəçiliyi məsələsinə də aydınlıq gətirilmədiyini vurğulayan K.Ərüstəmyan qeyri-rezidentlər tərəfindən alınan dövlət istiqrazlarının dövlət borcundakı payının cəmi 0,6% təşkil etdiyini diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*