Ermənistanın hakim partiyasının deputatından seçki anonsubackend

Ermənistanın hakim partiyasının deputatından seçki anonsu

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər.

KONKRET.az  “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə dekabrın 10-da Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyasının deputatı Alen Simonyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan Qarabağ müharibəsinin yekununun məsuliyyətini boynuna götürüb: “Bunun mütləq nəticələri də olacaq. Heç kim bunu inkar etmir. Vəziyyəti normallaşdırdıqdan sonra növbədənkənar seçkilər keçirilə bilər. Bu, istisna edilmir. Mən növbədənkənar seçkilərin keçirilməsini vacib sayıram”.

O, ultimatumun nəticə verməyəcəyini də vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*