Ermənistanın iqtisadiyyat naziri İSTEFA VERDİbackend

Ermənistanın iqtisadiyyat naziri İSTEFA VERDİ

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan istefa verib.

KONKRET.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib:

“Hörmətli Ermənistan Respublikasının sakinləri. Belə çıxır ki, mən daha iqtisadiyyat naziri vəzifəsini icra etməyəcəm. Bu üç ildən çox zaman ərzində mən hər bir Ermənistan vətəndaşına sarsılmaz fədakarlıqla xidmət göstərdim. Həftədə minimum altı gün, orta hesabla səhər 8-dən axşam 9-a kimi işlədim və üç il ərzində cəmi 15-16 tətil günü istifadə etdim. İşimin hər gününü güclü Ermənistana sahib olmaq arzusu ilə yaşayırdım. Mən qətiyyətli, dürüst və Vətənə bağlı idim.

2020-ci illə müqayisədə 2023-cü ildə Ermənistanın ÜDM-i ABŞ dolları ilə təxminən 2 dəfə, dramla isə təxminən 50% artıb. Bu müddətdə Ermənistan adambaşına düşən ÜDM-in həcminə görə 112-ci yerdən 86-cı yerə yüksəldi. İqtisadiyyat Nazirliyinin büdcə proqramları 2019-cu ildəki 12,5 milyard dramdan 2024-cü il üçün 91 milyard drama yüksəldilib. Ermənistanın əmək məhsuldarlığı, investisiyaların həcmi və xarici ticarət dövriyyəsi kəskin artıb.

Bu müddət ərzində fikir ayrılıqlarına görə dəfələrlə işimdən ayrılmaq istəmişəm, lakin ölkəmə göstərdiyim xidmətin dəyərini maksimum dərəcədə artırmaq üçün yenidən çalışmaq qərarı verirdim.

Ölkəmə xidmət etmək fürsətinə görə Baş nazirə təşəkkür edirəm”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*