“Ermənistanın işğalçılıq siyasəti regionda  təhlükəsizliyə təhdiddir” – Zakir Həsənovbackend

“Ermənistanın işğalçılıq siyasəti regionda təhlükəsizliyə təhdiddir” - Zakir Həsənov

“Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanda deyil, bütün  regionda sülhə, sabitliyə, təhlükəsizliyə əsas təhdiddir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşündə bildirib.

Ermənistan tərəfinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlara da toxunan Z.Həsənov qeyd edib ki, bu,  Azərbaycan ilə MDB ölkələri arasında əlaqələrin sarsıdılmasına yönəldilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu qeyd edən Azərbaycanın müdafiə naziri vurğulayıb ki, bütün beynəlxalq təşkilatlar kimi, Rusiya da ölkəmizin ərazi bütövlüyünü tanıyır, onun müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*