Ermənistanın İstintaq Komitəsi rəhbərinin keçmiş müavini Moskvada həbs edildi – FOTObackend

Ermənistanın İstintaq Komitəsi rəhbərinin keçmiş müavini Moskvada həbs edildi - FOTO

1 Mart 2008-ci ildə baş vermiş qətl hadisəsində axtarışda olan Ermənistan İstintaq Komitəsi rəhbərinin keçmiş müavini Vahaqn Harutyunyan Moskvada tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Saxlanma şənbə günü paytaxtın mərkəzində baş tutsa da, bu barədə yalnız bazar günü məlum olub. “Ermənistanın tələbi ilə bu ölkənin vətəndaşı Vahaqn Harutyunyan Moskvanın mərkəzində saxlanılıb. Vətəninə təhvil verilməsi məsələsinə daha sonra qərar veriləcək”.

Xatırladaq ki, 2008-ci ildə Ermənistanda prezident seçkilərindən sonra bir sıra etiraz aksiyaları keçirilib. Etirazçılarla hüquq-mühafizə orqanları arasındakı toqquşma zamanı səkkiz nümayişçi və iki polis atışma nəticəsində öldürülüb. Baş verənləri araşdıraraq istintaq müəyyən edib ki, İK rəhbərinin müavini olan Vahaqn Harutyunyan və yoldaşı vurulmuş patronları polis əməkdaşlarının istifadə etdiyi hərbi patronlarla əvəz edib. Beləliklə, onlar ölkənin silahlı qüvvələrinin müəyyən hissələrinin aksiyanı dağıtmaq üçün odlu silahdan istifadə etməsini gizlədiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*