“Ermənistanın KTMT-dən çıxması ilə bağlı mitinqlər Pelosinin gəlişinə görə təşkil olunub” – Vodolatskibackend

"Ermənistanın KTMT-dən çıxması ilə bağlı mitinqlər Pelosinin gəlişinə görə təşkil olunub" - Vodolatski

“Ermənistanın KTMT-dən çıxması ilə bağlı mitinqləri ABŞ-ın qeyri-kommersiya təşkilatları təşkil edib”.

KONKRET.az xəbər verir ki, bu barədə Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski bildirib. O, Ermənistanın KTMT-dən çıxması ilə bağlı İrəvanda keçirilən mitinqlərin çox güman ki, ABŞ-ın qeyri-kommersiya təşkilatları tərəfindən ABŞ spikerinin səfəri ilə bağlı təşkil olunduğunu ehtimal edib.

“Ermənistanda ABŞ-ın qeyri-hökumət təşkilatları tərəfindən maliyyələşdirilən müəyyən qüvvələr var və təəssüf ki, onların sayı çoxdur. Təbii ki, Pelosinin gəlişini bu gün mitinqlərə çıxan qüvvələr təşkil ediblər.

Təxribatlar var, amma heç bir nəticə verməyəcək. Amerika səfirliyinin və QHT-lərin orada fəal işlədiyini nəzərə alsaq, bizim komitəmizdən tutmuş bütün Avrasiya komissiyalarına kimi hamımızın – KTMT, ŞƏT və ilk növbədə MDB strukturlarının daha sıx və daha çox işləməsi zəruridir. Ermənistandakı həmkarlarımızla fəal şəkildə və bu gün orada yaranan vəziyyəti pozmaq üçün yaxşı, xeyirxah təkliflər veririk”, – deyə Vodolatski bildirib.

Xatırladaq ki, Nensi Pelosi İrəvanda səfərdə idi.

Bundan əvvəl İrəvanında Ermənistanın KTMT-dən çıxması üçün mitinq keçirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*