Ermənistanın müdafiə naziri Arşak Karapetyan vəzifəsindən azad ediləcək.
KONKRET.az-ın erməni mənbələrinə istinadla məlumatına görə, müdafiə naziri Arşak Karapetyan Baş nazirin qərarı ilə vəzifəsindən azad ediləcək.
Xatırladaq ki, bu ilin noyabrın 8-də Arşak Karapetyan Qarabağa qanunsuz səfər edib. Onun səfərindən sonra Qarabağda və sərhəddə təxribatlar, insidentlər artıb.
Yəqin Ermənistan hökuməti müdafiə nazirinin “əməyini yüksək qiymətləndirib” və onu vəzifəsindən azad edir.
Məlumata görə, Baş nazirin müavini Suren Papikyan müdafiə naziri təyin olunacaq.
Xuraman Etibarlı
KONKRET.az
QEYD: Artıq Suren Papikyan Ermənistanın müdafiə naziri təyin edilib. Ermənistan prezidenti bununla bağlı sərəncam verib.
