Ermənistanın müdafiə naziri Rusiyaya getdibackend

Ermənistanın müdafiə naziri Rusiyaya getdi

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan işgüzar səfərlə Rusiyaya yola düşüb. Bu, yeni təyin olunmuş müdafiə nazirinin Rusiyaya ilk səfəridir.

KONKRET.az  “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, nazirin bir sıra rəsmi görüşləri planlaşdırılır. Moskvada o, Rusiyanın müdafiə naziri general Sergey Şoyqu və digər yüksək səviyyəli rəsmilərlə görüşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*