“Ermənistanın yalnız İran və Türkiyə ilə sərhədi var idi” – Vanetsyanbackend

"Ermənistanın yalnız İran və Türkiyə ilə sərhədi var idi" - Vanetsyan

“Nikol Paşinyanın ən böyük səhvi Ermənistanın sərhədlərini millimetr dəqiqliklə bildiyimizi deməsidir. Bu ölkədə heç kim Ermənistanın sərhədlərini dəqiq bilə bilməz. Mən bunu təhlükəsizlik üzrə mütəxəssis, sərhəd qoşunlarının rəisi olmuş şəxs kimi deyirəm”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu müxalif “Mənim şərəfim var” blokunun parlament fraksiyasının rəhbəri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTN) keçmiş direktoru Artur Vanetsyan bildirib.

Artur Vanetsyan delimitasiya və demarkasiya məsələsinə də toxunub.

O bildirib ki, Paşinyanın sovet xəritələrinə istinadla verdiyi bəyanatlar əsassızdır:

“Sovet dövründə Sovet Ermənistanın yalnız İran və Türkiyə ilə həmsərhəd idi. Bizim Azərbaycan və Gürcüstanla inzibati sərhədlərimiz var idi və inzibati sərhədlər dövlət sərhədlərindən əhəmiyyətli dərəcədə fərqlənir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*