Bu həftə Xankəndidə 44 günlük müharibənin ildönümü münasibətilə keçirilən anım mərasimi insidentlə yadda qalıb. Mərasimə qatılan valideynlər həlak olanların qəbirlərini ziyarət edərkən, Qarabağdakı separatçı rejimin başçısı Arayik Arutyunyanı görəndə “satqın”, “rədd olun olkədən” deyə qışqırmağa başlayıblar. Anım tədbirinə Ermənistandan heç bir yüksək vəzifəli şəxs qatılmayıb və Arayik bunu heç nə ilə izah edə bilməyib.
KONKRET.az xəbər verir ki, Azadlıq Radiosunun erməni xidməti Xankəndidə yerli əhali arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə, ermənilər həm separatçı rejimdən, həm də Ermənistan rəhbərliyindən narazıdırlar. Onlar ümidlərini demək olar ki, üzüblər və gələcəklərindən narahatdırlar.
Ermənilər indi ancaq Rusiyadan imdad gözləyirlər. Onlar Ermənistandan heç bir köməyin olmadığını və belə davam etsə Rusiyaya birləşib, quberniya yaratmaq istədiklərini vurğulayırlar. Yerli əhali gedəcək yerlərinin olmadığını deyərək buranı tərk etməyəcəklərini bildiriblər.
Separatçıların naziri Hayk Xanumyan isə iddia edir ki, dörd ildən sonra Qarabağda Rusiya sülhməramlılarının qalma müddəti uzadılacaq və burada Rusiyanın bazası olacaq.
Ətraflı videomaterialda:
Xuraman Etibarlı
KONKRET.az
