Hazırda əsir və itkin düşən erməni hərbçilərin yaxınları Ermənistanın hökumət binası yaxınlığındakı küçələri bağlamağa çalışırlar.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, əraziyə toplaşan ermənilər bu gün “Ermənistan” blokundan olan deputatların köməkçilərini döyən deputatların istefasını tələb edirlər. Eyni zamanda, əsir düşən erməniləri “fərari” adlandıran Parlamentin sədri Alen Simonyanın oraya gəlməsini tələb edirlər.
Onlar hökumətin yaxınlığında yolların bağlanmasının qarşısını almağa çalışırlar.
Polis əməkdaşları onların qarşısını almağa çalışsalar da, aralarında sözlü qarşıdurma yaranıb. Onlar Tiqran Mets küçəsinə gedərək polisdən onların hərəkətlərinə mane olmamasını istəyiblər. Valideynlərdən bir neçəsi yola çıxıb.
Polis onlara küçəni tamamilə bağlamağa imkan vermir, valideynlərdən biri asfalta uzanıb yerindən qalxmır. Daha bir neçə qohumu da onun yanında oturaraq yolu bağlamağa çalışırlar.
İrəvanda baş verənləri canlı izləyə bilərsiniz:
Xuraman Etibarlı,
KONKRET.az
