“Əsl analar ora dəvət olunmayıb” – Putin səfərbərliyə çağırılanların yaxınları ilə GÖRÜŞDÜ – VİDEObackend

"Əsl analar ora dəvət olunmayıb" - Putin səfərbərliyə çağırılanların yaxınları ilə GÖRÜŞDÜ - VİDEO

Vladimir Putin səfərbərliyə çağırılanların anaları ilə görüşüb. Prezident hərbi qulluqçuların analarından “işlərin real vəziyyətini” öyrənmək istəyir.

KONKRET.az xəbər verir ki, bu gün, noyabrın 25-də Rusiya Prezidenti Vladimir Putin rusiyalı hərbçilərin anaları ilə görüş keçirib. O cümlədən “xüsusi əməliyyat”da iştirak edənlərin anaları görüşdə iştirak edib.

Dövlət başçısının mətbuat katibi Dmitri Peskov daha əvvəl demişdi ki, prezident “tez-tez belə görüşlər keçirir, onların hamısı açıq deyil”.

Lakin prezidentin səfərbər olanların anaları ilə görüşü fonunda ölkə üzrə yüzlərlə qadın heç kimin onları dəvət etmədiyini bildirib.

Onlar əmindirlər ki, Putinin görüşdüyü şəxslər səfərbərliyə çağırılanların əsl problemlərindən danışmayacaqlar. Buna görə də onlar prezident və Şoyqu ilə görüş tələb edirlər.

Görüşün ilk görüntülərinə “Analar Şurası” da münasibət bildirib.

“Əsl analar ora dəvət olunmayıb. Yeganə oğlumuzu əlimizdən almaq, özünü öldürməyə bərabərdir”, – deyə şuradan bildiriblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*