Estoniya hava məkanını Rusiya aviaşirkətlərinin üzünə bağlayır – ÖZƏLbackend

Estoniya hava məkanını Rusiya aviaşirkətlərinin üzünə bağlayır - ÖZƏL

Estoniya öz hava məkanını Rusiya aviaşirkətlərinin üzünə bağlamaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, Estoniya Çexiya, Polşa və Bolqarıstan kimi öz hava məkanını Rusiya təyyarələrinin üzünə bağlayır.

“Estoniya Polşa təşəbbüsünə qoşulur və bütün Rusiya aviaşirkətlərinə bizim hava məkanımızdan istifadə etməyi qadağan edir”, – deyə İqtisadiyyat və İnfrastruktur Naziri Taavi Aas şənbə gün sözçüsü vasitəsilə bildirib.

“Biz müvafiq qərar üçün təklif hazırlayırıq, ona əsasən Estoniyanın hava məkanının Rusiya aviaşirkətləri üçün bağlanması planlaşdırılır. Mən Baltikyanı həmkarlarımızı Rusiyanın Avropa hava məkanından istifadəsinə qadağa qoymaq üçün eyni şeyi etməyə çağırıram.

Avropa vahid və Rusiyanın Ukraynaya təcavüzünə cavabında qətiyyətli olmalıdır. Ukraynaya eşq olsun!” – deyə nazir əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*