Estoniya Baş naziri Kaya Kallas və hökuməti istefa verib.
KONKRET.az xəbər verir ki, bu barədə Estoniya hökumətinin rəsmi saytında məlumat verilib.
Bildirlib ki bu gün səhər Baş nazir Kaya Kallas istefa qərarını rəsmi şəkildə açıqlayıb və hökumət Baş nazirlə birlikdə istefa verib.
Baş nazir bildirib ki, onun rəhbərlik etdiyi hökumət ölkəyə çox çətin zamanda – COVID-19 pandemiyası, Rusiyanın Ukraynaya qarşı müharibəsi və enerji böhranının olduğu zamanda rəhbərlik edib. “Çətin vaxtlara baxmayaraq, biz Estoniya dövlətini daha da gücləndirmək və xalqımıza dəstək olmaq üçün çoxlu yaxşı və böyük işlər görmüşük”, – deyə Kaya Kallas bildirib.
