“Etibarsız siyasətçidir” – Klinton Netanyahunu istefaya çağırırbackend

“Etibarsız siyasətçidir” - Klinton Netanyahunu istefaya çağırır

ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton İsrailin Baş naziri Benyamin Netanyahunu İsraillə HƏMAS arasındakı müharibəni düzgün idarə etməməkdə ittiham edib və onu istefaya çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “Details” nəşri məlumat yayıb.

“Netanyahu getməlidir. O, etibarlı lider deyil. 7 oktyabr hücumu onun nəzarəti altında baş verib. Əgər atəşkəsin qarşısını almağa davam edəcəksə, getməlidir”, – deyə Klinton bildirib.

Keçmiş birinci xanım ABŞ prezidenti Co Baydenin Netanyahu ilə münasibəti ilə bağlı suala belə cavab verib: “Düşünürəm ki, Bayden əlindən gələni etdi, 7 oktyabrdan sonra İsrail xalqının haqlı narahatlıqlarına dərhal cavab verdi, özünü terror təhlükəsi qarşısında İsrailin etibarlı müttəfiqi kimi göstərdi. Düşünürəm ki, Bayden Netanyahuya təsir etmək üçün mümkün olan hər şeyi edir”.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*