Etirazçılar İrəvan-Sevan yolunu bağladılarbackend

Etirazçılar İrəvan-Sevan yolunu bağladılar

“Müqavimət” Hərəkatının nümayəndələri və vətəndaşlar İrəvan-Sevan yolunu bağlayıblar.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, onlar “Nikolsuz Ermənistan”, “Nikol satqındır” şüarları səsləndiriblər.

Bir müddət sonra polis etirazçıları zorla yoldan çıxarmağa başlayıb. Etirazçılardan biri səkiyə uzanıb, hüquq-mühafizə orqanlarının əməkdaşları onu yoldan çıxarmağa çalışıblar.

Xatırladaq ki, Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan bildirib ki, mayın 27-də səhər həm İrəvanda, həm də Ermənistanın rayonlarında etiraz aksiyaları təşkil olunacaq.

Saqatelyan hamını mayın 28-də ümummilli mitinqə toplaşmağa çağırıb. Bundan sonra yürüş baş tutacaq.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*