“Eurovision 2023” Ukraynada baş tutmayacaq- AYB təsdiqlədibackend

“Eurovision 2023” Ukraynada baş tutmayacaq - AYB təsdiqlədi

Avropa Yayım Birliyi “Eurovision 2023”-ün Ukraynada keçirilməyəcəyini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi məlumat yayıb.

Bəyənatda bildirilib ki, mahnı müsabiqəsinə hansı ölkənin ev sahibliyi edəcəyi hələ ki, müəyyənləşməyib. Mələsə hələ ki, müzakirə edilir.

“AYB üçün birinci prioritet tədbirdə işləyən və iştirak edən bütün şəxslərin təhlükəsizliyini təmin etmək idi. Bunun üçün yarışa ev sahibliyi edən ölkədə planlaşdırmağa indidən başlamaq lazımdır”, -AYB əlavə edib.

Müsabiqənin təşkilatçıları bildiriblər ki, “Eurovision 2023”də işləmək üçün ən azı 10 min nəfər, o cümlədən çəkiliş qrupu, işçilər, jurnalistlər və s. gəlir. Tədbirə dünyanın hər yerindən 30 minə yaxın azarkeşin də qatılacağı gözlənilir. Onların təhlükəsizliyi bizim əsas qayğımızdır”, – AYB yaydığı bəyənatda bildirib. Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*