KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Portuqaliyalı məşqçinin İstanbulda evdə deyil, Boğazda lüks bir hoteldə qaldığı bildirilib.
Mourinyonun Beşiktaşda sevimli dönər restoranının olduğu və ara-sıra ora getdiyi bildirilib. Qeyd olunub ki, o, işçilərə fotoşəkillər paylaşmamaq barədə xəbərdarlıq edir.
Mourinyo qonaqlarını hotelə dəvət edərək “Evimə xoş gəlmisiniz” deyə zarafat edir. Həmçinin hər gün səhər yeməyindən sonra mütəmadi olaraq hotelin hovuzunda üzür.
Xəbərdə Joze Mourinyonun ev işlərinə görə hoteldə yaşamağa üstünlük verdiyi bildirilib.
Qeyd edək ki, məşqçi 2017-ci ildə “Mançester Yunayted”i çalışdırarkən ona təklif olunan lüks villada qalmaq əvəzinə, gündəlik 600 sterlinqə lüks hoteldə qalıb, rəhbərlik isə yaşayış haqqı olaraq ümumilikdə 537 min sterlinq ödəyib.