Finlandiya Müdafiə Qüvvələri böyük həcmdə pilotsuz döyüş aparatları alıb.
KONKRET.az xəbər verir ki, Finlandiya Müdafiə Qüvvələri (FDF) hərbi imkanlarını gücləndirmək məqsədilə 14 milyon avro dəyərində pilotsuz döyüş aparatlarının alınmasına dair müqavilə imzalayıb.
Pilotsuz uçuş aparatlarının alınması ilə bağlı müqavilə 24 avqust tarixində Finlandiyanın Insta Group texnologiya şirkəti ilə bağlanıb. Məqalədə qeyd olunur ki, bu dronlar döyüş sursatı daşımaq qabiliyyətinə malikdir.
Finlandiya Müdafiə Qüvvələrinin açıqlamasına görə, bu satınalma silahlı qüvvələrdə pilotsuz uçuş aparatları və onların idarəetmə sistemlərinin imkanlarının uzunmüddətli inkişaf proqramı çərçivəsində həyata keçirilir.
Yeni sistemlər briqada səviyyəsindəki hərbi bölmələrdə pilotsuz uçuş aparatlarının istifadəsi üzrə hazırlıq və təlim imkanlarını genişləndirməyə imkan verəcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az
