Daha əvvəlki kimi yarışlarda iştirak etmək mümkün olmayacaq – Qazaxıstan bu addımı atmağa məcbur oldubackend

Daha əvvəlki kimi yarışlarda iştirak etmək mümkün olmayacaq - Qazaxıstan bu addımı atmağa məcbur oldu

Qazaxıstanda 6 yarışlarda nümayəndə heyətlərində iştirak edən şəxslərin sayı məhdudlaşdırılıb.

KONKRET.az xəbər verir ki, bundan sonra nümayəndə heyətinin sayı idmançıların sayından, yarışların xüsusiyyətindən və milli komandanın ehtiyaclarından asılı olacaq. Bu barədə Qazaxıstanın Turizm və İdman Nazirliyi məlumat yayıb.

Məsələn, Yay Olimpiya Oyunlarında nazirlik əməkdaşlarının sayı idmançıların sayının 3 faizindən, komitə əməkdaşlarının sayı isə 2 faizindən çox ola bilməyəcək.

Məşqçilər heyətinin sayı Yay Olimpiya Oyunlarında idmançıların sayının 86 faizinə, Qış Olimpiya Oyunlarında isə 100 faizinə qədər təşkil edə bilər. Bu zaman idmançıların medal qazanmaq şansları da nəzərə alınacaq. Həkimlərin sayı isə idmançıların sayının 28 faizinə qədər ola bilər.

Bu məhdudiyyətlər aparılan auditdən sonra tətbiq edilib. Məlum olub ki, nümayəndə heyətinin tərkibi hər yarış üçün fərdi qaydada müəyyənləşdirilirdi. Bu isə ezamiyyə xərclərinin əsaslı olub-olmadığını qiymətləndirməyə imkan vermirdi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*