2026–2027-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan VII siniflərdə “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris olunacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Report-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu yanaşmanın növbəti illərdə mərhələli şəkildə yuxarı siniflərə də tətbiqi planlaşdırılır.
Qeyd edək ki, indiyə qədər analoji qayda 5 və 6-cı siniflərə aid idi.
