Evlərin damının uçması nəticəsində 14 nəfər həlak oldubackend

Evlərin damının uçması nəticəsində 14 nəfər həlak oldu

Əfanıstanın cənubunda və qərbində 16 nəfər güclü yağıntı səbəbindən evlərin damlarının uçması nəticəsində həlak olub.

KONKRET.az-ın məlumatına görə, bu barədə yerli hakimiyyətə istinadən yerli 1TV telekanalı xəbər verib.

Qeyd edilir ki, hadisələr qərbi Herat əyalətində və cənubi Qəndaharda baş verib. Heratın Enjil rayonunda 6 nəfər dam uçqunu altında qalaraq həlak olub. Ölənlər arasında qadınlar və uşaqlar da var. Daha iki nəfər Adraskan rayonunda ölüb.

Bundan başqa, telekanal qeyd edib ki, əlverişsiz hava səbəbindən Qəndaharda da damların uçması nəticəsində 8 nəfər həlak olub, daha 14 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*