Qızını internetdə yayılmış videoya görə öldürən Harun Yıldız barəsində ağırlaşdırılmış ömürlük cəza istənilib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı ata – Harun Yıldız 18 yaşlı qızı Şeymanı odlu silahla qətlə yetirəndən sonra videodakı şəxsin onun qızı olmadığı məlum olub.
Ata və qızının mobil telefonlarında da Şeyma Yıldıza aid əxlaqsız video tapılmayıb.
Xatırladaq ki, Harun Yıldız sevgilisi ilə əxlaqsız videosu yayılması iddiası ilə qızını güllələyərək öldürmüşdü.
Qeyd edək ki, o, qızına səkkiz dəfə atəş açıb.
