“İnstagram” sosial şəbəkəsi “Facebook” şirkətinə il ərzində 20 milyard dollar gəlir verib.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Bloomberg yayıb.
Bildirilir ki, “Facebook”un əldə etdiyi bu gəlir “İnstagram”da ötən il verilən reklamdan əldə edilib. Bu, şirkətin bütün qazancının dörddə birindən çoxdur.
Nəşr yazır ki, “Facebook” bu mövzuda şərh verməkdən imtina edib.
Babək Göyüş
KONKRET.az
