Amerikalı basketbolçu Kobi Brayantın uçduğu vertolyotun faciədən bir qədər əvvəl videosu yayılıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, video “Twitter”də işıq üzü görüb. Video müəllifi Glendale üzərində göydə uçan aparatı qəzadan 31 dəqiqə əvvəl çəkdiyini söyləyib. Vertolyotda Brayantdan başqa 13 yaşlı qızı Gianna, pilot və daha altı sərnişin olub. Onların hamısı həlak olub. Brayant “Los-Anceles Lakers”in heyətində beş dəfə NBA çempionu olub və bu klubda 1996-cı ildən 2018-ci ilə qədər çıxış edib. 2007/08-ci ildə o, çempionatın ən faydalı oyunçusu kimi tanınıb. O, 18 dəfə bütün ulduzların matçında iştirak edib. Brayant karyerası ərzində yığdığı xalların sayına görə dördüncü yeri tutur. O, həmçinin 2008-ci ildə Pekin və 2012-ci ildə Londonda ABŞ yığması ilə birlikdə iki dəfə Olimpiya Oyunlarının qızıl medallarını qazanıb. 2018-ci ildə Brayant “ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyasında “Oskar” mükafatına layiq görülüb.
KONKRET.az
I try and video /photograph all the weird stuff happening above my house in Glendale,CA. Unfortunately this morning I didn’t realize I was filming the helicopter Kobe Bryant, his daughter and others were in 31 minutes before they crashed . RIP pic.twitter.com/8zdiplvEbv
— THEIR ONLY DREAMS (@theironlydreams) January 27, 2020
