“Qərb ölkələri Rusiyaya qarşı sanksiyaların daha təsirli olması üçün çox iş görməlidir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Sloveniyanın xarici işlər naziri Tanya Fayon deyib.
“Rusiyanın Ukraynada müharibəsi üçüncü ildir, davam edir və təəssüf ki, ədalətli sülh hələ də yoxdur. Aİ-nin tətbiq etdiyi sanksiyalar təsirsizdir. Düşünürəm ki, sanksiyaların daha effektiv olması üçün çox işlər görməliyik. Biz Rusiya döyüş maşınını dayandırmaq üçün yeni yollar tapmalıyıq”, – deyə Fayon vurğulayıb.
Natiq Səlim,
KONKRET.az