Fədayə Laçının evində: “Azadlıq çox gözəl hissdir” – FOTOLARbackend

Fədayə Laçının evində: "Azadlıq çox gözəl hissdir" - FOTOLAR

“Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir”.

KONKRET.AZ “Report”a istinadla xəbər verir ki, bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonra da sənətini davam etdirəcək: “Oxumaqdan ötrü ürəyim gedir. İki ildir ki, səhnəyə çıxmağımı gözləyirəm”.

Daha sonra F.Laçın jurnalistlər üçün “Şirin anlar” mahnısını ifa edib.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün (29 oktyabr) azadlığa buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*