“Fənərbağça” və “Lion”un sabiq futbolçusu “Qarabağ”a keçirbackend

"Fənərbağça" və "Lion"un sabiq futbolçusu "Qarabağ"a keçir

Fransanın “Dijon” klubunun futbolçusu Yassin Benzia karyerasını Azərbaycanda davam etdirə bilər.

KONKRET.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Qarabağ”la müqavilə imzalamağa çox yaxındır.

Ağdam təmsilçisi əlcəzairli oyunçuya 2,5 illik müqavilə təklif edib. Benzia cari mövsüm komandasının heyətində meydana çıxmayıb.

Qeyd edək ki, Yassin Benzia Fransada “Lion”, “Lill”, Yunanıstanda “Olimpiakos”, Türkiyədə “Fənərbağça” və “Hatayspor” klublarının formasını geyinib. Əlcəzair millisinin sabiq futbolçusu Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*