FETÖ-nun daha 44 üzvü həbs edildibackend

FETÖ-nun daha 44 üzvü həbs edildi

Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyatlar davam etdirilir.

KONKRET.az xəbər verir ki, İzmir Baş Prokurorluğu tərəfindən FETÖ-nun Türkiyə ordusundakı gizli strukturlarına qarşı aparılan əməliyyatlar çərçivəsində 96 nəfər saxlanılıb.

Şübhəlilərdən 9-u dəlil yetərsizliyi, 2-si səhhətindəki problemlərə görə, 26-sı isə “faydalı məlumatlar” verdiyi üçün sərbəst buraxılıb.

Ədliyyəyə göndərilən 59 şübhəlidən 44-ü barəsində həbs qəti imkan tədbirləri seçilib. Digər 15 nəfər yaşadıqları ərazini tərk etməmək barədə iltizamla sərbəst buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*