Kürdə batan polisin meyiti tapıldı – YENİLƏNİBbackend

Kürdə batan polisin meyiti tapıldı - YENİLƏNİB

“Fiat” markalı xidməti avtomobilin çaya düşməsi nəticəsində boğulan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədovun meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, meyit aidiyyəti üzrə təhvil verilib.

11:37

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu “Fiat” markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub.

KONKRET.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Qeyd edək ki, Kürə aşan avtomobil polis maşını olub.

Xatırladaq ki, 1996-cı il təvəllüdlü Əsədov Süleyman Təyyar oğlu, 1997-ci il təvəllüdlü Həsənov Səfər Tariyel oğlu və 2001-ci il təvəllüdlü Elgün Mehman oğlu batan maşından sağ qurtularaq sahilə çıxarılıb. 1996-cı il təvəllüdlü Məmmədov Kamran Azər oğlu isə çayda batıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*